EN

"Məni burda məğlub etmək istəyən tapança ilə gəlməlidi"

"Mənim rəqibim kifayət qədər güclü idi".

"Football-plus.az" xəbər verir ki, bunu Bakıda keçirilən ilk UFC turnirində qələbə qazanan Nazim Sadıxov deyib.

Azərbaycanlı döyüşçü braziliyalı Nikolas Mottaya texniki nokautla qalib gəldiyi döyüşü şərh edib:
"Bura Azərbaycandı. Məni burda məğlub etmək istəyən tapança ilə gəlməlidi. Vətəndə yalnız qələbə qazanmaq haqqında düşünürdüm. Rəqibim də döyüşə yaxşı hazıraşmışdı və çox çalışdı. Amma məni məğlub edə bilmədi. Çünki biz Azərbaycandayıq. Mənim ürəyim Azərbaycanla döyünür".

Qeyd edək ki, Nazim UFC-də 12-ci qələbəsini qazanıb.
Chosen
15
50
football-plus.az

10Sources