EN

Tramp təsdiqlədi: İranın nüvə obyektlərini vurduq!

ABŞ Prezidenti Donald Tramp Hərbi Hava Qüvvələrinin İrandakı üç nüvə obyektinə zərbə endirdiyini təsdiqləyib.

Sitat.info xəbər verir ki, bu barədə dövlət başçısı “Truth Social”da yazıb.

“Biz Fordo, Natanz və İsfahandakı üç nüvə obyektinə çox uğurlu hücumumuzu tamamladıq. Bütün təyyarələr artıq İran hava məkanından kənardadır. Əsas obyekt olan Fordo üzərinə tam bomba yükü atıldı. Bütün təyyarələr təhlükəsiz şəkildə evə qayıdırlar. Əzəmətli amerikalı döyüşçülərimizi təbrik edirəm. Dünyada bunu edə biləcək başqa bir ordu yoxdur. İndi sülh zamanıdır! Bu məsələyə diqqət yetirdiyiniz üçün təşəkkür edirik”, – o qeyd edib.

“Röyters” amerikalı rəsmiyə istinadla məlumat verib ki, ABŞ İranın nüvə obyektlərinə zərbələr zamanı B-2 bombardmançılarından istifadə edib.

Chosen
17
17
sitat.info

10Sources