EN

Aİ sabah İranla bağlı vəziyyəti müzakirə edəcək - Kallasdan ÇAĞIRIŞ

Avropa İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ABŞ-ın zərbələrindən sonra bütün tərəfləri geri çəkilməyə çağırıb.

Publika.az xəbər verir ki, o, bu barədə “X” hesabında bildirib.

“İranın nüvə silahı yaratmasına icazə verilməməlidir, çünki bu, beynəlxalq təhlükəsizliyə təhdid ola bilər. Mən bütün tərəfləri geri çəkilməyə, danışıqlar masasına qayıtmağa və gərginliyin daha da artmasının qarşısını almağa çağırıram”, - Kallas qeyd edib.

Chosen
10
9
publika.az

10Sources