EN

Bakıda sursat aşkar edilib - VİDEO

Yazını böyüt
Yazını kiçilt

Bakının Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində sursat aşkar edilib.

Hafta.az xəbər verir ki, məlumatla əlaqədər Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra aşkar olunmuş sursatların 1 ədəd F-1 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 55 ədəd 5,45 mm-lik mərmi və 1 ədəd AK-74 avtomatının darağı olduğu müəyyən edilib.

Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Chosen
3
37
hafta.az

10Sources