EN

Həcc ziyarətindən dönərkən halı pisləşən zəvvar VƏFAT ETDİ

Həcc ziyarətindən dönərkən təyyarədə halı pisləşərək xəstəxanaya yerləşdirilən zəvvar Tural Mehdiyev vəfat edib.

NOCOMMENT.az oxu.az-a istinadən xəbər verir ki, uçuş zamanı əlil arabasında olan fiziki məhdudiyyətli zəvvarın səhhəti qəflətən pisləşib. Bu səbəbdən pilotlar təcili qərar qəbul edərək, təyyarəni ən yaxın hava limanı olan İranın Rəşt şəhərinə endirmək məcburiyyətində qalıblar. Tural Mehdiyev və onun qardaşı Xəyal Mehdiyev İranda təcili tibbi yardım maşını ilə xəstəxanaya yola salınıblar. Sonra isə vəziyyəti stabilləşən zəvvar Bakıya gətirilib.

Təəssüf ki, həkimlərin səyinə baxmayaraq, yenidən halı pisləşən zəvvarı xilas etmək mümkün olmayıb.

Chosen
9
12
nocomment.az

10Sources