EN

Almaniya kansleri İrana çağırış etdi: “Təcili danışıqlara başlayın”

ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi zərbələrdən sonra Almaniya federal kansleri Fridrix Merts Tehrana sərt çağırış edib.


İranı dərhal ABŞ və İsraillə danışıqlara başlamağa və diplomatik həll yolu tapmağa çağırıb.
Bu barədə Almaniya hökumətinin sözçüsü Ştefan Kornelius məlumat verib. Onun sözlərinə görə, Merts bazar günü səhər federal təhlükəsizlik kabinetinin təcili iclasını çağırıb və regiondakı vəziyyəti qiymətləndirib.
“Federal hökumət hesab edir ki, ABŞ-ın aviazərbələri nəticəsində İranın nüvə proqramının mühüm hissələri zərər görüb. İndi əsas məsələ böhranın daha da dərinləşməsinin qarşısını almaqdır,” – deyə Kornelius bildirib.
Chosen
30
50
yenilik.az

10Sources