ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
"ABŞ-nin Yaxın Şərqdə olan 40 minə yaxın vətəndaşı indi İran qüvvələrinin əlçatanlıq zonasındadır".
Oxu.Az "Mehr" agentliyinə istinadla xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusunin (SEPAH) nümayəndəsi İranın Dövlət Televiziyasının efirində deyib.
Onun sözlərinə görə, İran istənilən hədəflərə, o cümlədən hazırda rəsmi olaraq qanuni hədəflər kimi tanınan ABŞ bazalarına hücum etməyə hazır olduğunu nümayiş etdirir.
İran televiziyasının aparıcısı deyib:
"Cənab Tramp, müharibəni siz başladınız, biz isə onu bitirəcəyik. ABŞ-nin bu regionda yerləşən istənilən sakini və ya hərbçisi hücum obyekti ola bilər".
Qeyd edək ki, iyunun 22-nə keçən gecə ABŞ Hərbi Hava Qüvvələri İranda Fordo, Natanz və İsfahan da daxil olmaqla üç nüvə obyektinə zərbələr endirib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.