EN

“Real Ovyedo” 24 il sonra La Liqaya qayıtdı

“Real Ovyedo” komandası 2024/2026-cı illər mövsümündə futbol üzrə İspaniya çempionatında (La Liqa) oynamaq hüququ qazanıb.

Arena.az xəbər verir ki, sözügedən komanda La Liqaya vəsiqə uğrunda keçirdiyi pley-off mərhələsinin cavab final oyununda “Mirandes” üzərində əlavə vaxtda 3:1 hesabı ilə qalib gəlib.

İki oyunun ümumi nəticəsinə görə 3:2 hesabıyla qalib gəlmiş Ovyedo təmsilçisi cütün üstün tərəfi olmaqla elitaya yüksəlib. “Mirandes”in meydanında baş tutmuş ilk oyunda bu komanda 1:0 hesabıyla qalib gəlmişdi.

Xatırladaq ki, daha öncə İkinci Liqanın qalibi olmuş “Levante” ilə ikinci yeri tutmuş “Elçe” də La Liqada iştirak hüququ qazanmışdı. Bu üç komanda yeni mövsümdə elitanı tərk etmiş “Leqanes”, “Las Palmas” və “Valyadolid” klublarını əvəz edəcəklər.

Xatırladaq ki, “Real Ovyedo” 24 illik fasilədən sonra İspaniyanın yüksək divizionunda iştirak hüququ qazanıb. Bu komanda sonuncu dəfə La Liqada 2000/2001-ci illər mövsümündə çıxış etmişdi.

Chosen
31
arena.az

1Sources