EN

Rusiyadan İsrail-İran savaşı ilə bağlı təklif – Təl-Əviv də İranla birlikdə öz nüvə proqramından əl çəksin...


Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev özünün “Telegram” kanalında İsrailin İrana hücumları ilə başlayan münaqişələrlə bağlı açıqlamalar verib.

Amerikalıların əksəriyyətinin Ukraynanın harada olduğunu bilmədiyini vurğulayan Medvedev yazır: "Başqalarının münaqişələrinə pul xərcləmək istəməyən ABŞ prezidenti Donald Trampın komandası hazırda çox gərgin vəziyyətdədir. Çünki burada vəziyyət fərqlidir, söhbət onların çox sevdiyi İsraildən gedir. İndi qoy ən çox sevdikləri ağıllı uşaqları ilə məşğul olsunlar. Yalnız bir açıq təhlükə var, Yaxın Şərq münaqişəsinin Trampın daim danışdığı qlobal münaqişəyə çevrilməsi".

ABŞ, İsrail və İranın dua etməsi gərəkdiyini deyən Medvedev, “Avropadan danışmıram, orada müqəddəs bir şey qalmayıb” deyib.

Medvedev müharibəni dayandırmaq üçün hər iki tərəfə həyati əhəmiyyətli çağırış da edib. Medvedevə görə, İsrail də İranla birlikdə öz nüvə proqramından əl çəkməlidir.

TAHİR

Chosen
17
baki-xeber.com

1Sources