EN

Bu ölkə İran-İsrail münaqişəsinə qoşulacaq

Yəmən İran və İsrail arasında müharibəyə qoşulmağa hazır olduğunu açıqlayıb.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda Yəmən husiləri “X” sosial şəbəkəsində yazıb.

“Yəmən rəsmən müharibəyə girəcək. Gəmilərinizi bizim ərazi sularımızdan uzaq tutun”, - paylaşımda qeyd olunub.

Yəmən hərəkatının siyasi büro üzvü Məhəmməd əl-Buheiti “Əl-Cəzirə” telekanalına müsahibəsində hərəkatın ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərinə hücum etməyə hazır olduğunu təsdiqləyib. O bildirib ki, ABŞ və Yəmən üsyançıları arasında atəşkəs sazişinin müddəti başa çatıb.

“Birinci mərhələ Qırmızı dənizdə Amerika qüvvələrinə hücum olacaq”, - deyib.

O, əlavə edib ki, husilər İrana qarşı hücum dayanana qədər münaqişənin miqyasını genişləndirəcəklər.

Chosen
11
3
manset.az

4Sources