EN

Soyuq Müharibədən Müasir Döyüşə: B 2 nin Hekayəsi

ain.az xəbər verir, Azvision saytına əsaslanaraq.

"B-2"-nin maksimal sürəti saatda 628 mil (1,010 km/saat) təşkil edir. Sürət onun əsas göstəricisi deyil, əsas üstünlüyü radar sistemlərinə görünməz olması və nüvə bombası daşımaq qabiliyyətidir. Təyyarənin qanadlarının uc nöqtələri arasındakı məsafə 52.4 metr, uzunluğu isə 69 fut (təxminən 21 metr) təşkil edir. Ağırlığı 72 tondur. Bütün döyüş sursatları (təxmini ağırlığı 18,000 kq) təyyarənin daxili bölməsində daşınır. Heyəti iki nəfərdən ibarətdir — pilot və missiya komandiri.

"B-2", qitələrarası məsafələr üçün nəzərdə tutulmuşdur və dörd ədəd General Electric F118-GE-100 turbofan mühərriki ilə təchiz olunub. İstilik emissiyalarını azaltmaq və döyüş radiusunu genişləndirmək məqsədilə supersonik sürət təmin edən afterburner istifadə edilmir. Yanacaq əlavə etmədən 9,600 km məsafə qət edə bilir. 1980-ci illərdə “Advanced Technology Bomber” (İnkişaf Etmiş Texnologiyalı Bombardmançı) layihəsi kimi hazırlanmış "B-2"-nin əsas məqsədi Sovet İttifaqının mürəkkəb hava müdafiə sistemlərini yararaq strateji əhəmiyyətli nüvə hədəflərinə nüvə silahları çatdırmaq olub. Bu uzun mənzilli stealth bombardman təyyarəsi ilk uçuşunu 1989-cu ildə həyata keçirib və 1993-cü ildən etibarən ABŞ Hərbi Hava Qüvvələrinə təhvil verilməyə başlanılıb. Əvvəlcə 132 ədəd "B-2" təyyarəsi istehsal etmək planlaşdırılsa da, 1990-cı illərdə Soyuq Müharibənin sona çatması ilə bu rəqəm 20 əməliyyat təyyarəsi və 1 eksperimental təyyarə ilə məhdudlaşdırıldı. 2008-ci ildə bir, 2022-ci ildə isə digər "B-2" təyyarəsi qəza nəticəsində sıradan çıxıb. Hazırda ABŞ Hərbi Hava Qüvvələrinin arsenalında 19 "B-2" təyyarəsi mövcuddur. Səbinə Həsənova

AzVision.az Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
28
38
azvision.az

10Sources