EN

Almaniyanın "Taurus" raketləri Putinin yuxusunu niyə qaçırdıb...


Putin əmin edir ki,TAURUS-ın tədarükü Ukraynadakı müharibəyə təsir etməyəcək.Amma reallıq başqa cür görünür. Alman silahları ilə bağlı müzakirələr Kremli əsəbiləşdirir. Baxmayaraq ki, Sankt-Peterburqda keçirilən iqtisadi forum çərçivəsində beynəlxalq xəbər agentlikləri ilə görüşdə o, yenidən “TAURUS” raketlərinin çatdırılmasının müharibənin gedişinə təsir etməyəcəyini bəyan etdi: “Bundan söhbət belə gedə bilməz”. Amma yəqin ki, onu ən çox narahat edən məsələ məhz budur. Putin media ilə söhbətdən federal hökumətə qarşınövbəti dəfə təzyiq göstərmək üçün istifadə edib. O, müharibənin Ukraynadan kənara da yayıla biləcəyindən narahat olan cəmiyyətdəki əhval-ruhiyyəni də bilir və Putinin sözləri Berlinə ünvanlanıb.Beləliklə, o, Almaniyanın müharibənin iştirakçısına çevriləcəyini nəzərdə tutur. Bu isə, Almaniya-Rusiya münasibətlərini tamamilə məhv edərdi. Vladimir Putin gələn həftənin əvvəlində keçiriləcək NATO sammiti ərəfəsində Qərb strategiyasındakı uyğunsuzluqlardan da öz xeyrinə istifadə etmək niyyətindədir. Ukraynadakı müharibə isə artıq arxa plana keçir. Tramp açıq şəkildə bildirib ki, onu Ukraynadakı müharibədən daha çox İran və İsraildəki hadisələr narahat edir. O,hətta Putinin Tehranla Qüds arasında vasitəçilik etmə ehtimalına belə imkan verdi. Aİ isə Rusiyaya qarşı çoxdan elan edilmiş 18-ci sanksiya paketini hələ də təsdiq etməyib. Bu arada, Putin müharibə başlayandan bəri ən böyük dron hücumlarını həyata keçirməyə qadir olduğunu göstərməyə çalışır. O, münaqişənin həlli üçün istənilən danışıqlara hazır olduğunu, Fridrix Merzin ona istənilən vaxt zəng edə biləcəyini bildirib. O, hətta Volodimir Zelenski ilə görüşü də təsəvvür edə bilir. Lakin Putinin Trampın atəşkəsə nail olmaq cəhdlərini necə puça çıxardığını xatırlayanlar bilirlər ki, bu, sadəcə olaraq vaxt udmaq üçün bir manevrdir.. Kreml Ukraynanı Rusiyanın təsir dairəsinə qaytarmaq və Qərb ittifaqını parçalamaq istəyir. Və bu il o, bu məsələdə müharibə başlayandan bəri heç vaxt olmadığı qədər irəliləyiş əldə edə bilib.

Surxay Əliyev

Chosen
15
baki-xeber.com

1Sources