EN

Dana Uayt Con Consun artıq çempion olmadığını Bakıdan elan etdi - Foto

İyunun 21-də "UFC Fight Night Baku" tədbirinin mətbuat konfransında ağır çəki divizionunda uzun müddətdir davam edən qeyri-müəyyənliklərə son qoyan əlamətdar açıqlama verilib.

Publika.az xəbər verir ki, UFC prezidenti Dana Uayt "Real TV"nin reportyoru Seyhan Əlizadənin sualına cavab verərkən Con Consun artıq UFC ağır çəki çempionu olmadığını və kəmərin rəsmi olaraq Tom Aspinalla keçdiyini bəyan edib.

Reportyorun “Siz Con Consa Tom Aspinall ilə döyüşmək üçün vaxt qoydunuz və əks halda kəməri itirə biləcəyini bildirdiniz. Bu proses davam edərkən, qərar vermək üçün hansı meyarlara əsaslanırsınız: Con Consun peşəkar döyüşçü irsini qorumaq, yoxsa divizionun aktivliyini təmin etmək?” sualına cavabında Dana Uayt qeyd edib ki, Con Cones artıq çempion kimi tanınmır və ağır çəki kəməri rəsmi olaraq Tom Aspinalla məxsusdur. Beləliklə, bu sual və verilən cavab uzun müddət davam edən qeyri-müəyyənliyi aradan qaldırdı.

Açıqlama UFC-nin rəsmi sosial media hesablarında yayılıb və Tom Aspinall da şəxsi hesabında yeni statusunu təsdiqləyib. Hadisə ESPN, MMA Fighting və digər beynəlxalq idman medialarında geniş əks-səda tapıb.

Chosen
13
44
publika.az

10Sources