EN

Traktor satış mərkəzinin anbarında yanğın

Sakaryanın (Türkiyə) Adapazarı rayonunda traktor satış mərkəzinin anbarında genişmiqyaslı yanğın baş verib.

İki sahil” İHA-ya istinadla xəbər verir ki, yanğınsöndürənlər yanğını söndürmək üçün çalışırlar.

Yanğın kənd təsərrüfatı texnikası sənaye sahəsində yerləşən traktor satış mərkəzinin məxsus anbarda baş verib.

Yanğın sürətlə böyüyüb və xəbər verdikdən sonra hadisə yerinə çoxlu yanğınsöndürən, polis və təcili tibbi yardım qrupları göndərilib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Chosen
9
ikisahil.az

1Sources