EN

"Araz-Naxçıvan" daha bir futbolçunun transferini açıqlayıb

Bakı. Trend:

“Araz-Naxçıvan” daha bir futbolçunun transferinireallaşdırıb.

Klubdan Trend-ə verilən məlumata görə, bölgə təmsilçisu PatrikAndrade ilə “1+1" illik müqavilə imzalayıb.

Kabo-Verde millisinin də üzvü olan 32 yaşlı yarımmüdafiəçiölkəmizdə daha çox “Qarabağ”dakı çıxışı ilə tanınıb.

O, müxtəlif illərdə ölkəsinin “Sportinq da Praya”, “Desportivuda Praya”, “Benfika da Praya”, Portuqaliyanın “Ribeyran”, “Juane”,“Moreypense”, “Famalikan”, “Salqeyruş”, Bolqarıstanın “Çerno More”,Serbiyanın “Partizan” klublarında çıxış edib.

O, ötən mövsümü “Qarabağ”ın heyətində keçirib.

Futbolçu 2020-ci ildən Kabo-Verde millisində 20 oyunkeçirib.

Xatırladaq ki, buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı,İssof Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, ÜrfanAbbasov, Slavik Alxasov, Qara Qarayev, Bəxtiyar Həsənalızadə, Ülvüİsgəndərov, Elçin Mustafayev, Turan Vəlizadə, Vanderson Melo, RamonMaçado və Nuno Rodrigeslə başa çatan müqaviləni yeniləyən, BarKoen, Çarles Boli, Bruno Franko, Çance Simakala Ba-Muakanı transferedən “Araz-Naxçıvan” Vadim Abdullayev, Sezar Meza Kolli, KarlosJatoba, Bernardo Dias və Miço Kuzmanoviçlə yollarını ayırıb.

Chosen
7
20
az.trend.az

10Sources