Musavat.com-un xəbərinə görə, o, ABC telekanalına verdiyi müsahibədə bildirib ki, ABŞ-ın son hərbi əməliyyatları nəticəsində İranın nüvə proqramı əhəmiyyətli dərəcədə yavaşladılıb.
Jurnalistin "İranın nüvə silahı hazırlaması nə qədər vaxt aparacaq?" sualına cavabında Vens deyib:
"Mən kəşfiyyat məlumatlarının təfərrüatlarına varmayacağam, amma təxmin edirəm ki, onlar nüvə silahı hazırlayana qədər illər keçəcək".
O, çıxışının davamında ABŞ administrasiyasının bu prosesin qarşısını almaqda qərarlı olduğunu da vurğulayıb:
"Ancaq bizim məqsədimiz odur ki, onlar bunu heç vaxt etməsinlər".
Qeyd edək ki, bu açıqlama ABŞ-ın Fordo və digər nüvə obyektlərinə endirdiyi son zərbələr fonunda verilib və aktualdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31