EN

İlin ən güclü maqnit qasırğası - XƏBƏRDARLIQ

2025-ci ilin ilk dörd ayında Azərbaycanın elektromobil idxalı ötən ilin eyni dövrü ilə müqayisədə kəskin şəkildə azalıb. Həm idxal edilən avtomobillərin sayı, həm də onların ümumi dəyəri yarıdan çox aşağı düşüb. Avtosfer.az Dövlət Gömrük Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, bu ilin yanvar-aprel aylarında ölkəyə 609 ədəd elektromobil gətirilib. Bu, ötən ilin eyni dövründəki 1012 ədədlə müqayisədə 403 ədəd və ya 39,8% azalma deməkdir. Dəyər ifadəsində isə azalma daha kəskindir: idxalın ümumi dəyəri 43,4 milyon dollardan 20,4 milyon dollara enib. Bu isə 23 milyon dollar və ya 53% azalma deməkdir.

Bazarın lideri səyişməsə də, payı Çökdü

Azalmanın əsas səbəbi bazarın əsas oyunçusu olan Çindən gətirilən elektromobillərin sayının və dəyərinin kəskin azalmasıdır. Ötən il 830 ədəd elektromobili 33 milyon dollara idxal edən Azərbaycan, bu il Çindən cəmi 279 ədəd avtomobili 7,6 milyon dollara alıb. Bu, sayda 66%, dəyərdə isə 77% azalma deməkdir. Nəticədə, Çindən gətirilən bir elektromobilin orta qiyməti də 39,7 min dollardan 27,3 min dollara enib.

ABŞ bazarda ikinci ən böyük idxalçıya çevrildi

Çinin payının kəskin azaldığı bir şəraitdə, ABŞ-dan gətirilən elektromobillərin sayında və dəyərində böyük artım müşahidə olunub. Ötən il 79 ədəd ABŞ istehsalı elektromobil idxal edilmişdisə, bu il bu rəqəm 176% artaraq 218 ədədə çatıb. Dəyər isə 52% artaraq 2,7 milyon dollardan 4,2 milyon dollara yüksəlib. Bununla da ABŞ, Almaniyanı geridə qoyaraq Azərbaycana ən çox elektromobil satan ikinci ölkə olub.

Almaniya və Böyük Britaniyadan Bahalı İdxal

Almaniyadan idxal olunan elektromobillərin sayı (69-dan 66-ya) və dəyəri ( 5,3 milyon dollardan 5,7 milyon dollara) demək olar ki, dəyişməyib. Lakin bu ölkədən gətirilən bir avtomobilin orta qiyməti 77 min dollardan 86 min dollara yüksəlib. Bazarda ən bahalı elektromobillər isə Böyük Britaniyadan gətirilib. Cəmi 4 ədəd idxal edilsə də, onların orta qiyməti 304 min dollardan 405 min dollara qalxıb.

Koreya, Yaponiya və Meksikadan idxal cüzi artsa da, Belçika, Fransa, İtaliya və İspaniya kimi ölkələrdən bu il elektromobil idxal edilməyib.

Ölkə

Sayı (ədəd)

Dəyəri (min ABŞ dolları)

Orta İdxal Dəyəri (ABŞ dolları)

Orta İdxal Dəyəri (AZN)

Çin

279

7 603.38

27 252

46 328

Almaniya

66

5 672.31

85 944

146 105

Amerika Birləşmiş Ştatları

218

4 160.15

19 083

32 441

Böyük Britaniya və Şimali İrlandiya

4

1 619.43

404 858

688 259

Avstriya

6

769.28

128 213

217 962

Koreya Respublikası

21

315.52

15 025

25 542

Yaponiya

7

140.58

20 083

34 141

Meksika

4

75.60

18 900

32 130

Cənubi Afrika Respublikası

1

34.00

34 000

57 800

İsveç

1

14.00

14 000

23 800

Rumıniya

1

5.00

5 000

8 500

Türkiyə

1

2.04

2 040

3 468

Cəmi

609

20 411.30

33 516

56 977

 

Elektromobil İdxalının İllik Müqayisəsi (2025 vs 2024, yanvar-aprel)

Ölkə

Say Dəyişimi (ədəd)

Dəyər Dəyişimi (min $)

Say Dəyişimi (%)

Dəyər Dəyişimi (%)

Çin

-551

-25 339.85

-3 dəfə

-4,3 dəfə

Amerika Birləşmiş Ştatları

+139

+1 426.16

+2,8 dəfə

+52,2%

Almaniya

-3

+369.56

-4,3%

+7,0%

Böyük Britaniya və Şimali İrlandiya

0

+403.97

0,0%

+33,2%

Koreya Respublikası

+15

+137.60

+3,5 dəfə

+77,3%

Meksika

+2

+30.40

+2 dəfə

+67,3%

Yaponiya

+4

+101.58

+2,3 dəfə

+3,6 dəfə

İsveç

0

+7.00

0,0%

+100,0%

Belçika

-13

-892.39

-100,0%

-100,0%

Fransa

-2

-45.24

-100,0%

-100,0%

İtaliya

-2

-22.03

-100,0%

-100,0%

İspaniya

-1

-5.00

-100,0%

-100,0%

CƏMİ

-403

-23 017.90

-39,8%

-5

 

Chosen
6
avtosfer.az

1Sources