EN

İrandakı rejimi dəyişmək istəmirik, hücumlar... - Pentaqon detalları açıqladı

Bazar gününə keçən gecə ABŞ İranın üç nüvə obyektinə zərbələr endirib. Pentaqonun verdiyi məlumata görə, əməliyyat zamanı 14 ədəd super-ağır aviasiya bombası və 75-dən çox yüksək dəqiqlikli silah tətbiq edilib.

Paralel.az "Bloomberg"ə istinadən xəbər verir ki, “Midnight Hammer” (Gecə çəkici) adlandırılan bu əməliyyat çərçivəsində B-2 strateji bombardmançıları, “Tomahawk” qanadlı raketləri və bunker dağıdan bombalardan istifadə olunub. Ümumilikdə əməliyyata 125-ə yaxın hərbi təyyarə cəlb edilib.

ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Den Keyn bildirib ki, B-2 bombardmançıları ABŞ-ın Missuri ştatındakı "Whiteman" aviabazasından havaya qalxıb. Bombardmançıların bir hissəsi İranın hava hücumundan müdafiə sistemlərini çaşdırmaq üçün yayındırıcı manevrlər həyata keçirib, digər qrup isə əsas hədəflərə zərbə endirib.

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus sualtı qayıqlardan “Tomahawk” raketləri buraxılıb. Eyni zamanda B-2 bombardmançıları ilk dəfə real döyüş şəraitində 14 super-ağır bomba tətbiq edib. Əməliyyata həmçinin onlarla yanacaq dolduran təyyarə və müasir qırıcılar da qatılıb.

ABŞ müdafiə naziri Pit Heqset qeyd edib ki, bu əməliyyat bir neçə ay əvvəl planlaşdırılıb və maksimum təhlükəsizlik tədbirləri ilə müşayiət olunub. O, əlavə edib ki, məqsəd İran rejimini dəyişmək yox, yalnız nüvə proqramını sıradan çıxarmaqdır.

Chosen
17
50
paralel.az

10Sources