EN

İƏT-in sessiyasında Qərbi Azərbaycan İcmasıyla bağlı qətnamə qəbul edilib

Bakı. Trend:

21-22 iyun 2025-ci il tarixlərində İslam Əməkdaşlıq Təşkilatının(İƏT) Nazirlər Şurasının İstanbul şəhərində keçirilən 51-cisessiyası öz işini başa vurub.

XİN-dən Trend-ə bildirilibki, sessiyanın yekunlarına dair “İstanbul Bəyannaməsi”, habeləölkəmizin təşəbbüsü ilə irəli sürülmüş 5 qətnamə qəbul edilib.

Sessiya həmçinin Qərbi Azərbaycan İcması ilə qətnamənin qəbuledilməsi ilə xüsusilə əlamətdar olub.

İƏT çərçivəsində ilk dəfə olaraq qəbul olunan “HazırkıErmənistan ərazilərindən zorla və sistematik şəkildə didərginsalınmış azərbaycanlıların qayıdış hüququ” adlı qətnamədə İƏT üzvölkələrinin Qərbi Azərbaycan İcmasının öz yurdlarına ləyaqətliqayıdış hüququna dəstəyi ifadə olunur, habelə Ermənistan tərəfindənsözügedən İcmanın hüquqlarının inkar olunması qınanılır.

Qeyd edilən qətnamə ilə yanaşı, “İstanbul Bəyannaməsi”ndəAzərbaycan və Ermənistan arasında normallaşma prosesində əldəolunan irəliləyişlər alqışlanırəb, habelə Ermənistan tərəfi sülhmüqaviləsinin imzalanmasının qarşısında duran siyasi və hüquqiçağırışların aradan qaldırılmasına çağırılır.

Bəyannamə, həmçinin Ermənistanın təcavüzü nəticəsində özyurdlarından didərgin düşən məcburi köçkünlərin ləyaqətli geriqayıdışını təmin etmək istiqamətində Azərbaycanın yenidənqurma vəminatəmizləmə səylərinə dəstək ifadə edir.

Bəyannamədə, o cümlədən indiki Ermənistan ərazilərindən zorlaqovulmuş azərbaycanlıların geri qayıdış hüququnun mövcudluğutəsdiqlənir və Ermənistan tərəfinin Qərbi Azərbaycan İcması ilədialoqu rədd etməsi qınanılır.

“1992-ci il Xocalı qətliamı qurbanları ilə həmrəylik” adlıqətnamədə Ermənistan Respublikası silahlı qüvvələri tərəfindən1992-ci ilin fevralında Azərbaycan Respublikasının Xocalışəhərində, habelə Azərbaycanın əvvəllər işğal olunmuş digərərazilərində törədilən müharibə cinayətləri, insanlıq əleyhinə vəsoyqırımı cinayətləri bir daha qətiyyətlə pislənir, üzv dövlətlərtörədilmiş cinayətlərin tanınması üçün lazımi səyləri göstərməyəçağırılır.

“Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşıtəcavüzünün nəticələrinin aradan qaldırılması” adlı qətnamədəErmənistanın Azərbaycana qarşı nəticələrinin hələ də davam etdiyitəcavüzü bir daha qətiyyətlə pislənir, Azərbaycanın postmünaqişədövründə işğaldan azad olunmuş ərazilərində apardığı bərpa vəyenidənqurma fəaliyyətinə dəstək ifadə olunur.

“Azərbaycan Respublikasına iqtisadi dəstək” adlı qətnamədə İƏTüzv dövlətləri, habelə İslam maliyyə institutları ölkəmizinyenidənqurma, habelə minatəmizləmə fəaliyyətinə dəstək göstərməyəçağırılır.

“Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşıtəcavüzü nəticəsində Azərbaycan Respublikasının ərazilərində İslamdininə aid tarixi və mədəni abidələrin və izlərin dağıdılması vətəhqir olunması” adlı qətnamədə keçmiş işğal dövründə Ermənistantərəfindən Azərbaycan ərazilərində İslam mədəni irs nümunələrinəqarşı törədilən vandalizm aktları qətiyyətlə pislənir vəErmənistanın bu cinayətlərinə görə Azərbaycanın irəli sürdüyüreparasiya tələbi dəstəklənir.

Chosen
39
36
az.trend.az

10Sources