EN

ABŞ ın İrana zərbəsi: yaralılar arasında radioaktiv şüalanma...

ain.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-ın ölkənin nüvə obyektlərinə endirdiyi zərbələr hazırda qeyri-müəyyən sayda insanın yaralanmasına səbəb olub, lakin heç kimdə radioaktiv şüalanma əlamətləri yoxdur.

Axar.az xəbər verir ki, bu sözləri İranın Səhiyyə Nazirliyinin sözçüsü Hüseyn Kirmanpur X şəbəkəsində yazıb.

“İllərdir ki, Səhiyyə Nazirliyi nüvə obyektlərinə yaxın tibb müəssisələrində nüvə təcili yardım bölmələri yaradıb. Xoşbəxtlikdən, Amerikanın bombardmanından sonra bu mərkəzlərə köçürülən yaralıların heç birində radioaktiv şüalanma əlamətləri müşahidə edilməyib”, - o bildirib.

Qeyd edək ki, ABŞ bu gün səhər saatlarında İranın nüvə obyektlərinə zərbələr endirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
9
4
axar.az

5Sources