EN

Roma Papası müharibələri dayandırmağa çağırıb

Roma Papası XIV Leo Yaxın Şərqdə genişlənən münaqişədən dərin narahatlığını ifadə edərək dünya liderlərini məsuliyyətə və müharibələri dayandırmağa çağırıb.Metbuat.az xəbər verir ki, Roma Papası Müqəddəs Pyotr meydanında dindarlara müraciətində bildirib ki, Yaxın Şərqdən, xüsusilə İrandan narahatedici xəbərlər gəlir, bu dramatik ssenariyə İsrail və Fələstin də daxildir.

XIV Leo qeyd edib ki, müharibələrdən ən çox əziyyət çəkən mülki əhalidir, xüsusən Qəzza və digər ərazilərdə humanitar yardıma ciddi ehtiyac var.

Chosen
4
11
metbuat.az

10Sources