EN

Xarici ölkə vətəndaşlarının İrandan Azərbaycana təxliyəsi davam edir - FOTO

İrandan 10-dan çox ABŞ və İslam Respublikası vətəndaşı Azərbaycanın ərazisinə təxliyə olunub.

Bu barədə APA-nın cənub bürosu məlumat yayıb.

Məlumata görə, gecə saatlarında Astaradakı Dövlət Sərhədindən Buraxılış Məntəqəsi vasitəsilə vətəndaşların təhlükəsiz şəkildə Azərbaycana keçidi təmin edilib.

“Sərhəddə bizə rahat keçid şəraiti yaradıldı. Təxliyəyə dəstəyə görə Azərbaycan dövlətinə təşəkkür edirəm,” – deyə jurnalistlərə amerikalı vətəndaş Aborzi Aboring bildirib.

Qeyd edək ki, bəzi xarici ölkələr Azərbaycan hökumətinə rəsmi müraciət edərək, İranda olan vətəndaşlarının tranzit qaydada Azərbaycandan keçərək ölkələrinə qayıtmasına yardım göstərilməsini xahiş ediblər.

Xarici Xarici Xarici Xarici Xarici
Chosen
26
5
apa.az

10Sources