EN

"Real Madrid" azlıqda qalib gəldi

ABŞ-də təşkil olunan klublararası dünya çempionatı davam edir. 

Fanat.Az xəbər verir ki, bu gün H qrupunda yer alan İspaniyanın "Real Madrid” və Meksikanın "Paçuka" komandaları qarşılaşıblar.

Yeddinci dəqiqədə Raul Asensionun meydandan qovulmasıyla azlıqda qalan Xabi Alinsonun komandası buna baxmayaraq, inamlı qələbəyə sevinib  - 3:1.

Qeyd edək ki, H qrupunda II turun növbəti oyununda "Zalsburq" və  "Paçuka" komandaları üz-üzə gələcək.

Klublararası dünya çempionatı
H qrupu
22 iyun

Real Madrid - Paçuka 3:0
Qollar: Cud Bellinqem, 35. Arda Gülər, 43. Federiko Valverde, 70 - Elias Montiel, 80.

Chosen
27
fanat.az

1Sources