EN

“Brent” neftinin qiyməti yanvardan bəri ilk dəfə 81 dolları ötüb

Bakı. Trend:

Londonun “ICE” birjasında 2025-ci ilin avqust ayı üzrəçatdırılacaq “Brent” markalı neftin fyuçers qiyməti yanvarın 20-dənbəri ilk dəfə olaraq bir barel üçün 81 dollar həddini keçib.

Trend xəbər verirki, Bakı vaxtı ilə saat 02:00-a olan məlumata görə, qiymət artımıəhəmiyyətli sürət alıb və “Brent” nefti 81,41 dollara qədəryüksəlib. Bu, son altı ay ərzində ilk belə səviyyədir.

Eyni zamanda, “WTI” markalı xam neftin 2025-ci ilin avqustunaolan fyuçersləri də 5,89% bahalaşaraq bir barel üçün 78,40 dollartəşkil edib.

Chosen
21
az.trend.az

1Sources