EN

Qulaq kirinin qoxusu ilə Parkinson xəstəliyini aşkarlayan süni intellekt proqramı hazırlanıb

Çinli alimlər qulaq kirinin qoxusunu təhlil edərək Parkinson xəstəliyini 94 faiz dəqiqliklə müəyyənləşdirən süni intellekt sistemini inkişaf etdiriblər. Bu yeni üsul bahalı və subyektiv müayinə metodlarının əvəzinə, ucuz və qeyri-invaziv diaqnoz imkanı təklif edir.

AZƏRTAC “Science Daily” portalına istinadla xəbər verir ki, tədqiqatçılar 209 nəfərin qulaq kirindən nümunələr götürərək qaz xromatoqrafiyası və spektrometriya vasitəsilə təhlil aparıblar. Nəticədə Parkinson xəstəliyi olan şəxslərin qulaq kirində dörd fərqli uçucu üzvi birləşmə - etilbenzol, 4-etiltoluen, pentanal və 2-pentadesil-1,3-dioksolan aşkarlanıb. Bu məlumatlar süni intellektlə çalışan iybilmə sisteminə öyrədilib və sistem qulaq kirindən xəstəliyi 94 faiz dəqiqliklə aşkarlaya bilib.

Alimlərin fikrincə, bu texnologiya gələcəkdə Parkinson xəstəliyinin erkən diaqnostikasında istifadə oluna bilər. Hazırda isə daha əhatəli tədqiqatların aparılması planlaşdırılır.
Chosen
7
2
sherg.az

3Sources