EN

İran Hörmüz boğazında gəmiləri raketlə vura bilər

İran Hörmüz boğazından keçən gəmiləri raketlə vura bilər.

Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Bildirilib ki, ehtimal olunan ssenarilərdən biri kiçik və sürətli patrul katerləri ilə gəmiçiliyin izlənməsi ola bilər. Həmçinin İran pilotsuz uçuş aparatları buraxa, sahil və ya daxili ərazilərdən gəmilərə raket ata bilər. Bu isə boğazdan keçidi kommersiya gəmiləri üçün çox təhlükəli edə bilər.

"Bloomberg" qeyd edib ki, İranın Hörmüz boğazında gəmilərin hərəkətini qanuni şəkildə bağlamaq səlahiyyəti yoxdur, buna görə də Tehran bunu yalnız güc tətbiqi və ya hədə ilə etməyə çalışa bilər.

Chosen
12
publika.az

1Sources