EN

Tehrandan Trampa hədədolu mesaj: Nələr yazılıb? - ÖZƏL

ABŞ Prezidenti Donald Tramp G7 sammitində iştirak edərkən İrandan mesaj alıb.

Olaylar.az xəbər verir ki, bu barədə "NBC" öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, mesajda ölkədə "yatmış hüceyrələrin" aktivləşdirilməsi təhlükəsindən bəhs edilib.

"Yəni bu o deməkdir ki, ABŞ İranı bombalamağa başlayarsa, ölkə ərazisində terror aktları həyata keçirəcək "yatmış hüceyrələr" fəallaşacaq. Bu barədə xəbərdarlıq vasitəçinin köməyi ilə Trampa çatdırılıb", - deyə "NBC"nin müxbiri Piter Aleksandr deyib.

Qeyd edək ki, iyunun 22-nə keçən gecə ABŞ İrandakı üç nüvə obyektinə - Fordo, Natanz və İsfahana hücum edib.

Xatırladaq ki, bundan əvvəl D.Trampın G7 sammitini səbəb göstərmədən tərk etdiyini yazılırdı. Ehtimallara görə, bu, məhz İsrail-İran münaqişəsinə görə olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
59
olaylar.az

1Sources