EN

Ötən həftə 7 uşaq xilas edildi - VİDEO

İyunun 21-də Bakıda qeyri-adi hadisə baş verib.

Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsində ictimai yerdə sevgilisini təhqir edən şəxs inzibati məsuliyyətə cəlb edilib.

Belə ki, 1990-cı il təvəllüdlü Anar Kərimov (soyadlar şərtidir) sevgilisi Aytac Əhmədova və dostları ilə birgə qəsəbədəki restoranlardan birinə gedib. Onlar burada yeyib-içdikdən sonra Anar spirtli içkinin təsiri altında dostları ilə mübahisə edib. Anar Aytacdan ona məxsus maşınla dostlarını evə aparmasını istəyib.

Aytac isə avtomobilin açarını götürərək Anarın avtomobili ilə restorandan təkbaşına gedib. Bir qədər sonra avtomobilin yol polisi tərəfindən saxlanıldığı məlum olub. Anar dərhal həmin yerə gedərək mübahisə yaradıb, Aytacı söyərək təhqir etməyə başlayıb.

İctimai yerdə asayişi pozan 35 yaşlı kişi polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində inzibati protokol tərtib edilib.

Qaradağ Rayon Məhkəməsinin qərarı ilə xırda xuliqanlıqda təqsirli bilinən şəxsə 50 manat cərimə tətbiq edilib və o sərbəst buraxılıb.

Chosen
13
avtosfer.az

1Sources