EN

İsrail aviaşirkətləri ölkədən xaricə repatriasiya uçuşları həyata keçirməyə başlayır

İsrail hava yolları iyunun 23-də İsraildən repatriasiya uçuşları həyata keçirməyə başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ben Qurion hava limanı məlumat yayıb.

Qeyd edilib ki, hər reysdə 50 sərnişin olacaq.

“The Times of Israel”in məlumatına görə, 1000-dən çox israilli və xarici vətəndaş İsraili tərk edir.

Təyyarədə olan sərnişinlərin sayına məhdudiyyət İranın raket hücumları fonunda Ben Qurion hava limanında təhlükəsizlik risklərini minimuma endirmək məqsədi daşıyır.

Chosen
13
1
operativmm.az

2Sources