EN

Qarşıdan gələn maşının yolunu kəsib hərəkətə mane oldu VİDEO

Avtosfer portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Xırdalan şəhərində yol hərəkəti qaydasını pozan sürücü hərəkətə mane olub. Avtosfer.az xəbər verir ki, hadisə Mehdi Hüseynzadə küçəsilə Heydər Əliyev prospektinin kəsişməsində qeydə alınıb. Belə ki, 77-LZ-404 qeydiyyat nişanlı "KIA" markalı avtomobilin sürücüsü sol dönən zaman qarşıdan gələn avtomobilə yol verməyib. Yolayrıcında sıxlıq yarandığı üçün, o, yolun ortasında dayanaraq hərəkəti lap çətinləşdirib.

Qeyd edək ki, bu qayda pozuntusuna görə, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsilə 3 bal 100 manat məbləğində cərimə nəzərdə tutulub.

Fərid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
2
avtosfer.az

1Sources