Milli Məclis “Yaşayış minimumu haqqında” Qanunu qəbul edib.
QHT.az xəbər verir ki, deputat Vüqar Bayramov Milli Məclisin “Yaşayış minimumu haqqında” Qanunu qəbul etməsindən sonra açıqlama verib. O, yeni dəyişikliklərlə tibb və təhsil müəssisələri ilə yanaşı, sosial sahəyə aid müəssisələrdə də yeni qida normalarının təsdiq ediləcəyini bildirib:
"Minimum istehlak səbətinin yeni tərkibinin müəyyənləşdirilməsi son təsdiqdən ötən dövrdə yaranan xərclərin də nəzərə alınmasına imkan verəcək. İstehlak səbətinin yeni tərkibinin müəyyənləşməsi hazırda dəyəri 285 manat olan yaşayış minimumunun növbəti dövrlərdə də artırılması üçün imkanlar yaradacaq. Nəticədə, ehtiyac meyarının artırılması sosial yardım məbləğinin də yüksəlməsinə imkan verəcək".
Pərvanə Fərhadqızı