EN

ABB yə borcunuzu tam ödəsəniz də bu problemlə üzləşə bilərsiniz Foto

ain.az bildirir, Tribuna saytına əsaslanaraq.

Müştərilər “Azərbaycan Beynəlxalq Bankı”na olan borcunu tam ödəsələr də problem yaşamaqda davam edirlər.

Tribunainfo.az xəbər verir ki, bu barədə sözügedən bankın əvvəllər müştərisi olan Elvin Əliyev Feysbukda yazıb. O bildirib ki, banka borcu tam ödəyib. Buna dair lində sənəd də var. ancaq yenə də problem yaşayır və banka yaxınlaşması tələb edilir:

“1 may tarixində ABB ipoteka borcumun hamsını ödəmişəm bankın Nizami küçəsindəki filalında. Ödənişə dair təmizlik kağızını da almışam. 2-3 dəfə də təkrar soruşdum ki, bitdi hər şey, daha nəsə qalmadı ki? Dedilər, xeyir, sizin borcunuz yoxdur ipotekayla bağlı.

Bu gün “Pasha Hayat” sığortadan mesaj gəlib ki, bəs ipoteka sığortasına görə 35 gün gecikməniz var filan məbləği ödəyin. Sığorta şirkətinə zəng etmişəm ki, tam ödniş etməşəm və bağlanıb borc. Deyirlər, ABB bizə məlumat təqdim etməyib. ABB-ilə əlaqə saxlamışam, deyirlər filiala yaxınlaşın. 10 dəqiqə danışandan sonra sorğunu qeydə aldılar. Ancaq hələ də bilmirəm ki, bu işin axırı necə olacaq”.

Qarşı tərəfi dinləməyə hazırıq.

Gülşən Rəsul

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
41
50
tribunainfo.az

10Sources