EN

Zubkovu şirin pəncəsindən qadın alıbmış - VİDEO(FOTO)

Xəbər verdiyimiz kimi Krımdakı "Tayqan" safari parkında olan şir parkın rəhbəri Oleq Zubkova hücum edərək onu ölümcül yaralayıb. Bu gün isə məluma olub ki, park direktorunun həyatını xilas edən parkın mətbuat katibi Tatyana Aleksaqina olub. Bu barədə "Life" SHOT Telegram kanalına istinadən məlumat yayıb.


"Baytar Vasili Piskovskinin dediyi kimi, hücumdan dərhal sonra 58 yaşlı qadın mühafizə zonasına daxil olub və qəzəbli heyvandan qorxmayaraq vedrə, plastik süpürgə ilə aslanı qovub", - nəşr yazıb.


İnsanlar sosial şəbəkələrdə Aleksaqinaya göstərdiyi cəsarət və şücaətə görə minnətdarlıqlarını bildiriblər. İnsanlar onun cəsarətli hərəkətlərinin faciənin qarşısını almağa kömək etdiyini qeyd edirlər.


Xatırladaq ki, yırtıcı ötən axşam heyvanlara yem verən Zubkova hücum edib. Başından və kürəyindən ağır xəsarətlər alan direktor reanimasiyaya aparılıb və orada ağır əməliyyat keçirib. Hazırda o, süni nəfəs aparatına qoşulub, vəziyyəti stabil, lakin ağır qiymətləndirilir.



Tural

Chosen
5
news365.az

1Sources