EN

“Paçuka”nın müdafiəçisi Rudigeri qorxaq adlandırdı

sport24.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Paçuka"nın müdafiəçisi Qustavo Kabral klublararası dünya çempionatının qrup mərhələsinin oyununda (1:3) "Real"ın müdafiəçisi Antonio Rüdiqerlə insidenti şərh edib. Sport24.az xəbər verir ki, 39 yaşlı argentinalı bununla bağlı MİX zonada jurnalistlərə açıqlama verib:

"Bunda irqçi bir şey yox idi. Mən ona qorxaq dedim. Bunun cəzası yoxdur, sadəcə sözdür. Başqa niyyət yox idi. Hakim irqçiliyə qarşı jest etdi, amma mən eyni şeyi təkrarladım: "lənətə gəlmiş qorxaq".

Qeyd edək ki, Rudiger, Kabral ilə münaqişədən sonra irqçilikdən şikayət edib. FİFA insidentlə bağlı araşdırma aparır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
18
sport24.az

1Sources