EN

Rusiya Prezidenti İranın xarici işlər nazirini qəbul edəcək

Moskva, 23 iyun, AZƏRTAC

Rusiya Prezidenti Vladimir Putin bazar ertəsi, iyunun 23-də Moskvaya rəsmi səfərə gələn İranın xarici işlər naziri Abbas Araqçi ilə görüşəcək.

AZƏRTAC xəbər verir ki, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov görüşün keçiriləcəyi məlumatını təsdiqləyib.

Moskvaya səfərə gələn Araqçi deyib ki, İran və Rusiya ümumi çağırış və təhdidlərə qarşı durmaq üçün sıx məsləhətləşmələr aparır. O, İranın dövlət televiziya və radio şirkətinin efirində iki ölkənin hər zaman “ortaq narahatlıqları, həyəcanları və rəqibləri” olduğunu vurğulayıb və Rusiya lideri ilə görüşdə bu mövzuların mərkəzi yer tutacağına əminliyini ifadə edib.

Bundan əvvəl RF Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da İranın xarici işlər nazirinin danışıqlar aparmaq üçün Rusiya paytaxtına gəldiyini təsdiqləyib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Chosen
8
2
azertag.az

3Sources