EN

Ərdoğan Dəməşqdəki terror aktını pisləyib

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın paytaxtı Dəməşqdə Mar İlyas kilsəsində törədilən terror aktını qətiyyətlə pisləyib və Ankaranın qonşu ölkənin yeni qeyri-sabitlik dalğasına çəkilməsinə imkan verməyəcəyini vurğulayıb.

Məlumatı “Anadolu” yayıb. 

“Suriyanın paytaxtı Dəməşqdə Mar İlyas kilsəsinə qarşı törədilən iyrənc terror aktını qətiyyətlə pisləyirəm. Ölənlərin ailələrinə, yaxınlarına, Suriya hökumətinə və xalqına başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram.

Suriyada sülhə, təhlükəsizliyə, daxili harmoniyaya və birgəyaşayış mədəniyyətinə, eləcə də bütün regionumuzun sabitliyinə qarşı bu çirkin terror hücumu qarşısında Suriya xalqı və hökumətinin yanındayıq. İllərlə davam edən zülm və qarşıdurmalardan sonra qardaş Suriya xalqımız ilk dəfə gələcəyə ümidlə baxmağa başlayıb. Muzdlu terror təşkilatları tərəfindən ölkənin yenidən qeyri-sabitliyə sürüklənməsinə imkan verməyəcəyik. Türkiyə terrorla mübarizədə Suriya hökumətinə dəstəyini davam etdirəcək”, - Ərdoğan sosial mediada açıqlamasında bildirib.

P.ƏMİRCANOVXQ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
32
17
xalqqazeti.az

10Sources