AFFA və Azərbaycan Əlillər Futbolu Federasiyasının birgə təşkilatçılığı, Sahə Futbol Federasiyasının və Azərbaycan Deflimpiya Komitəsinin dəstəyi ilə eşitmə məhdudiyyətlilər arasında minifutbol üzrə Respublika turnirinin qrup mərhələsinə yekun vurulub.

Offsideplus.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Lənkəranda yerləşən “Raypo” İdman-Sağlamlıq Mərkəzində təşkil edilən yarışın üçüncü günündə 5 oyun keçirilib.

Qruplarda ilk iki yeri tutan komandalar yarımfinala vəsiqə qazanıblar.

Finala vəsiqə uğrunda “Lənkəran” – “Gəncə” ilə, “Sumqayıt” isə “Bərdə” ilə qarşılaşacaq.

Yarımfinal mərhələsinin qarşılaşmaları bu gün keçiriləcək.

Qrup mərhələsində son turun oyunlarının nəticələri:

“Bərdə” - “Lənkəran” – 3:3

“Şəki” – “Mingəçevir” – 4:4

“Bakı” – “Sumqayıt” – 2:0

“Gəncə” - “Şirvan” – 4:2

“Xaçmaz” - “Bərdə” - 0:0

Yarımfinal mərhələsinin təqvimi:

23 iyun

17:00. “Lənkəran” - “Gəncə”

18:00. “Sumqayıt” - “Bərdə”

Qeyd edək ki, Respublika turnirinə iyunun 24-də yekun vurulacaq.