Azpolitika.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
İran İsrailə qarşı növbəti raket hücumu başlayıb.
"AzPolitika" xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, hücumun başlaması ilə İsrailin bir çox bölgəsində hava hücumu siqnalları işə düşüb. İsrail parlamentində (Knesset) Maliyyə Komitəsinin iclası təcili şəkildə dayandırılıb, deputatlar sığınacaqlara yerləşdirilib.
İsrail ordusu rəsmi olaraq İranın ikinci raket dalğasını başladığını təsdiqləyib. Hücumun ardınca Daxili Cəbhə Komandanlığı əhalini sığınacaqlara getməyə çağırıb.
İsrail ordusunun məlumatına görə, İrandan buraxılan üçüncü raket dalğası ölkənin şimal bölgələrinə, dördüncü dalğa isə cənuba yönəlib. Bu arada Aşdod şəhərində yerləşən elektrik stansiyası raket zərbəsi nəticəsində zərər görüb.
İsrailin nüfuzlu "Kanal 12" telekanalı bildirib ki, hücum zamanı hava siqnalları İranla müharibənin başlanmasından bu yana ən uzun müddət səslənib. Son 24 saatda İranın dörd dalğa ilə təxminən 15 raket buraxdığı, bunların Aşdod, Laçiş və Şəfela bölgələrinə düşdüyü bildirilir. Bəzi partlayışlar sivil ərazilərə yaxın ərazilərdə baş verib.
"AzPolitika.info"
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.