EN

Rusiya Kiyevə zərbələr endirib, 4 nəfər ölüb


Rusiya Ukraynaya zərbələr vurmaqda davam edir. Rusiya ordusu bu gecə Kiyev şəhəri və vilayətinə raket, pilotsuz uçuş aparatları ilə kütləvi zərbə endirib. Hücum nəticəsində 5 nəfər həlak olub, 18 nəfər yaralanıb, paytaxtın Şevçenkovski rayonunda çoxmərtəbəli binanın girişi dağıdılıb. Paytaxtda ən çox Şevçenkovski rayonuna ziyan dəyib. Daxili İşlər Nazirliyinin məlumatına görə, Kiyevdə dörd nəfər həlak olub, on nəfər yaralanıb.

Mətləb Salahov

Chosen
14
3
baki-xeber.com

6Sources