EN

QHT üzvü Ümumdünya Fəlsəfə Olimpiadasının 3-cü yerin qalibi oldu - FOTOLAR

“Kür-Xəzər” Xeyriyyə İctimai Birliyinin sədri Akif Kərimov QHT.az-a verdiyi açıqlamada təşkilatın üzvü, Neftçala rayonunun şəhid Zabit Əskərov adına orta ümumtəhsil məktəbinin 6-cı sinif şagirdi Rahilə Bağırlının Dubayda keçirilən Ümumdünya Fəlsəfə Olimpiadasında 3-cü yerin qalibi olduğunu bildirib.

Fənn və hazırlıq müəllimi Sevinc Əliyeva olan Rahilə məqsədinin istedadlı uşaqları ortaya çıxartmaq və onları bütün dünyada tanıtmaq olduğunu qeyd edib. İlk tur Bakıda Biznes Universitetində keçirilib və Rahilə bürünc medal qazanaraq finala vəsiqə alıb. Final mərhələsi 15 iyun 2024-cü ildə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilib.

Rahilə Bağırlı 100% verilən suallara düzgün cavab verərək dünya üçlüyünə daxil olub və Almaz (Brilyant) medal və hədiyyənin sahibi olub. Akif Kərimov Rahilə ilə fəxr etdiklərini və onun gələcəkdəki uğurlarını dəstəkləməyə davam edəcəklərini vurğulayıb: "Qələbələrinin davamının gələcəyinə ümid bəslənilir".

QHT.az olaraq Rahilə Bağırlını Ümumdünya Fəlsəfə Olimpiadasında qazandığı uğura görə təbrik edir, onun gələcəkdəki nailiyyətlərində uğurlar arzulayırıq.

 

Pərvanə Fərhadqızı

Chosen
35
qht.az

1Sources