Sumqayıtda Nəsimi parkı yenidən qurulur — 1,5 milyon XƏRCLƏNƏCƏK
Sumqayıt şəhərində şəhərsalma və abadlıq işləri çərçivəsində Nəsimi parkında genişmiqyaslı yenidənqurma və abadlıq işlərinə başlanılıb.
Demokrat.az BAKU.WS-ə istinadən xəbər verir ki, layihənin ümumi dəyəri 1.519.179,20 manat təşkil edir.
İşlər Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən həyata keçirilir. Layihə çərçivəsində həm ətraf mühitin abadlaşdırılması, həm də müasir istirahət infrastrukturunun qurulması nəzərdə tutulur.
Park ərazisində 13.850 kvadrat metr sahəyə sürüşməyən keramoqranit tavaların döşənməsi planlaşdırılır. Bu, həm estetik görüntünü artıracaq, həm də sakinlərin təhlükəsizliyi üçün önəmli olacaq.