EN

Azərbaycanda ömürlük məhbusların sayı artıb

Azərbaycanda ömürlük həbs edilən məhkumların sayı artıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
 
Bildirilib ki, 2024-cü ildə daha 10 nəfərə ömürlük azadlıqdan məhrumetmə cəzası kəsilib.
 
Müqayisə üçün qeyd edək ki, 2023-cü ildə belə məhkumların sayı beş, 2022-ci ildə isə üç nəfər olub.
Chosen
8
1
moderator.az

2Sources