EN

Moskvada ermənilərin “almaz mafiyası” ifşa olundu İşdə Paşinyana yaxın oliqarx erməni deputatın da adı var

ain.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Moskvada qaçaqmalçılıq yolu ilə Ermənistana keçirmək üçün “Alrosa” almazlarını oğurlayan cinayətkar qrupun 4 üzvü həbs edilib. 

“AzPolitika” xəbər verir ki, bu barədə TASS-a Rusiya FTX-sının İctimaiyyətlə Əlaqələr Mərkəzi və İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat verib.

“Moskva İstintaq Komitəsinin müstəntiqləri və FTX əməliyyatçıları brilyantları oğurlayan şirkətin əməkdaşı Valentina Matyuşşenkovanı, vasitəçi kimi fəaliyyət göstərən onun oğlu Aleksey Matyuşşenkovu, habelə qiymətli daşları qaçaqmalçılıq yolu ilə keçirən Armen Petrosyan və Arman Saakyanı daha 17 milyon rubl dəyərində brilyant oğurlamağa cəhd edərkən saxlayıblar. İstintaq zamanı məhkəmə təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbiri seçib. Belə ki, FTX sonradan qeyri-qanuni satış və qaçaqmalçılıq yolu ilə Ermənistan Respublikası ərazisinə gətirmək məqsədi ilə “Alrosa” SC-dən yüksək keyfiyyətli almazları sistematik şəkildə oğurlayan bir qrup şəxsin fəaliyyətinin qarşısını alıb”, - məlumatda deyilir.

FTX isə bildirib ki, cinayətin təşkilatçıları brilyant qaçaqmalçılığına görə beynəlxalq axtarışda olan Ermənistan vətəndaşları Baqikyan qardaşlarıdır.

FTX İctimaiyyətlə Əlaqələr Mərkəzinin məlumatında Ermənistan parlamentinin Nikol Paşinyana yaxın sayılan oliqarx deputatının da adı keçir: “Oğurlanmış brilyantlar Ermənistanda “ADM Diamond” MMC-yə təhvil verilib, onun benefisiarı erməni biznesmen və yerli parlamentin deputatı X.A.Sukiasyandır”.

Məlumat üçün qeyd edək ki, söhbət Ermənistanda Grzo təxəllüsü ilə tanınan erməni oliqarx, iş adamı, hakim “Vətəndaş müqaviləsi” partiyasının parlamentdəki deputatı Xaçatur Sukiasyandan gedir. O, Ermənistan Sənayeçilər və Sahibkarlar İttifaqının təsisçilərindən biridir.

FTX qeyd edib ki, axtarışlar zamanı təqsirləndirilən şəxslərdən yüksək keyfiyyətli xammalı ucuz olanlarla əvəz etmək üçün nəzərdə tutulmuş təxminən 200 min karat texniki kobud brilyant, nağd pul, habelə məşhur dünya brendlərinin bahalı zərgərlik məmulatları götürülüb.

İstintaq Komitəsinin məlumatına görə, təqsirləndirilən şəxslər 2024-cü ilin sentyabrından 2025-ci ilin yanvarınadək maddi mənfəət əldə etmək və qaçaqmalçılıq yolu ilə Ermənistana keçirmək məqsədilə “Alrosa” mədən şirkətindən yüksək keyfiyyətli kobud almazları sistemli şəkildə oğurlayıblar.

Cinayət işi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 158-ci maddəsinin 4-cü hissəsi (oğurluq), Rusiya Federasiyası Cinayət Məcəlləsinin 191-ci maddəsinin 5-ci hissəsi (kəhrəba, nefrit və ya digər yarımqiymətli daşların, qiymətli metalların, qiymətli daşların və ya mirvarilərin qanunsuz dövriyyəsi) ilə araşdırılır.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

1Sources