EN

Arda Vinisiusun rekordunu qırdı

"Real"ın vingeri Arda Güler ABŞ-da keçirilən klublararası dünya çempionatının qrup mərhələsinin ikinci turunda "Paçuka" ilə oyunda fərqlənib.

Publika.az xəbər verir ki, türkiyəli futbolçu görüşün 43-cü dəqiqəsində Meksika klubunun qapısına qol vuraraq hesabı 2:0-a çatdırıb.

"Opta"nın məlumatına görə, Güler 20 yaş 57 günlük olarkən "Real"ın heyətində bütün turnirlərdə 10-cu qolunu vurmaqla 2009/10 mövsümündən bəri bu göstəriciyə çatan ən gənc futbolçu olub. Əvvəlki rekord 2020-ci ildə 20 yaş 80 günlük olarkən Viniçius Juniora məxsus idi.

Qeyd edək ki, görüş "Real"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Chosen
8
2
publika.az

10Sources