EN

“Real Madrid”in futbolçusu ABŞ-dakı meydançaların keyfiyyətindən şikayətlənib

Bakı, 23 iyun, AZƏRTAC

İspaniyanın “Real Madrid” komandasının futbolçusu Cud Bellinqem ABŞ-ın ev sahibliyi etdiyi klublararası dünya çempionatı ilə bağlı danışıb.

AZƏRTAC xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi çətin mövsümdən sonra isti hava şəraitində oynamağın ağır olduğunu bildirib. İngiltərəli futbolçu qeyd edib ki, meydançaların keyfiyyəti də arzuolunan səviyyədə deyil.

“Top meydanda çətinliklə sıçrayır. Dizlərimizdə gərginlik var. Ümid edirəm ki, kimsə gələn yay buna diqqət yetirəcək. Oyunçuları zədədən qorumaq vacibdir” - deyə Bellinqem vurğulayıb.

Qeyd edək ki, H qrupunda yer alan İspaniya nəhəngi ötün gün ikinci oyununda Meksika təmsilçisi "Paçuka"nı 3:1 hesabı ilə üstələyib. Hazırda “kral klubu” 4 xalla öz qrupuna başçılıq edir.

 

Chosen
18
1
azertag.az

2Sources