EN

Rəsmi Bakı Suriyada kilsədə törədilən terror aktını pisləyib

ain.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Dəməşqdə kilsədə baş verən terror hücumuna görə Suriyaya başsağlığı verib.APA xəbər verir ki, bu barədə Azərbaycan XİN “X” hesabında paylaşım edib.

"Suriyanın paytaxtı Dəməşqdə Mar St. Elias kilsəsinə edilən dəhşətli terror aktını qətiyyətlə pisləyirik.

“Qurbanların ailələrinə və bu əsassız zorakılıq aktından zərər çəkmiş bütün insanlara dərin hüznlə başsağlığı veririk. Biz Suriya hökuməti və xalqı ilə həmrəyik, ekstremizmə qarşı birliyə çağırırıq”-deyə paylaşımda bildirilib.", - paylaşımda qeyd edilib.

Qeyd edək ki, ötən gün Suriyanın paytaxtı Dəməşqdə kilsələrin birində terror hücumu baş verib. Hadisə nəticəsində 20-dən çox insan həyatını itirib, onlarla yaralı var.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
2
41
apa.az

10Sources