EN

Ötən mövsüm "Əl-Nəsr"də oynamış futbolçu "Kəpəz"lə danışıq aparır - AÇIQLAMA

Növbəti mövsüm üçün heyətini formalaşdırmağa çalışan “Kəpəz” yeni transfer reallaşdırmağa yaxındır. 

Fanat.Az-ın əldə etdiyi məlumata görə, Gəncə klubu keçmiş oyunçusu Olavale Onanuqanı geri qaytarmağa çalışır. 

Nigeriyalı yarımmüdafiəçi ilə danışıqlara start verildiyi bildirilir. 

"Sarı-göylər"in baş məşqçisi Adil Şükürov saytımıza açıqlamasında məlumatı təsdiqləyib: "Onanuqa ilə danışığımız olub. Maliyə şərtləri uyğun olsa, onu komandamızda görmək istəyirik". 



Qeyd edək ki, Onanuqa 2023-cü ilin yayında "Kəpəz"ə transfer olunaraq bir mövsüm qərb təmsilçisinin heyətində çıxış edib. O, Gəncə klubundan ayrıldıqdan sonra Küveyt "Əl-Nəsr"inə transfer olunub. 27 yaşlı yarımmüdafiəçi sözügedən komandada yarım mövsüm oynadıqdan sonra qışda İsrailin "Bney Yehuda" komandasına keçib. O, qışdan bəri Təl-Əviv təmsilçisinin heyətində 17 oyuna çıxıb.

Onanuqa "Kəpəz"də keçirdiyi 2023/2024 mövsümündə Premyer Liqa və ölkə kubokunda ümumilikdə 29 oyuna çıxaraq 2 qol, eləcə də 2 məhsulıdar ötürmə ilə yadda qalıb. 

Mirağa

Chosen
7
fanat.az

1Sources