EN

Azərbaycan idmançıları MMA üzrə dünya çempionatında 3 "qızıl" qazandılar

Azərbaycan idmançıları Braziliyanın San-Paulu şəhərində keçirilən MMA üzrə dünya çempionatında uğurla çıxışla yadda qalıblar.

Fanat.Az xəbər verir ki, U-18 yaş qrupunda Adil Abuzərov (61.2 kq) qızıl, Məhəmməd Niftullayev (65.8 kq) gümüş medal qazanıb.

U-21 kateqoriyasında Elvin Qurbanov (56.7 kq), Əli Şərifov (74.9 kq) və Miramin Mirheydərzadə (70.3 kq) gümüş medala sahib çıxıblar.

Böyüklər arasında Sərdar Sərdarlı (65.8 kq) və Nihad Quliyev (74.9 kq) qızıl, Tofiq Niftəliyev (120.2 kq) isə bürünc medal əldə edib.

Chosen
10
7
fanat.az

8Sources