EN

Məşhur aktrisa vəfat etdi - FOTO

“Sanford və Oğul” serialındakı Donna Harris obrazı ilə tanınan məşhur aktrisa Linn Hamilton 95 yaşında vəfat edib.


Manset.az xəbər verir ki, bu barədə onun keçmiş meneceri Kalvin Karson məlumat verib. 

Məlumata görə, Hamilton iyunun 19-da Çikaqodakı evində dünyasını dəyişib. Kalvin Karson sosial mediada aktrisa ilə vidalaşaraq bildirib: "Onun vəfatı bir dövrün sonu deməkdir. Lakin onun irsi gələcək nəsilləri ruhlandırmağa davam edəcək".

Missisipidə anadan olan Linn Hamilton Çikaqoda yerləşən Qudman Dram Məktəbində aktyorluq təhsili alıb. 1959-cu ildə Con Kassavetesin “Kölgələr” filmində debüt edən aktrisa karyerası ərzində “Brother John”, “Back and the Preacher” və “Lady Sings the Blues” kimi filmlərdə, həmçinin çoxsaylı seriallarda rol alıb.

Hamilton həmçinin “Sanford və Oğul” və “Uoltonlar” kimi məşhur seriallarda da iştirak edib.

Chosen
10
manset.az

1Sources