Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunan Babək Kərimli saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Demokrat.az-a verilən məlumata görə, həmin şəxsdən 13 kiloqram marixuana və 199 ədəd metadon həbi aşkarlanıb. Onun İran vətəndaşından əldə etdiyi narkotiki maddi qazanc qarşılığında deyiləcək ünvanlara çatdırmağı planlaşdırdığı müəyyən edilib.